Bakının Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Agentliyin xəbərinə görə, yeni yol Ziya Bünyadov prospektinə paralel çəkiləcək və onun tikintisi ilə əlaqədar şəhər sakinləri arasında Keşlə bazarı kimi tanınan bazar söküləcək.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub.
"Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılacaq", - agentlik bildirib.
Yeni yol birləşməsinin yaradılması nəticəsində inin həmç"Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
N.Təbrizli
www.anews.az