2014-cü ildən bəri 70 mindən çox qeyri-qanuni miqrantın öldüyü açıqlanıb.
SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), 18 dekabr Beynəlxalq Miqrantlar Günü münasibəti ilə rəsmi ''X'' internet səhifəsində paylaşım edib.Paylaşımda heç bir səyahətin faciə ilə bitməməsi lazım olduğu vurğulanıb.
"2014-cü ildən bəri 70 mindən çox miqrant öldü. Gəlin təhlükəsiz, nizamlı və ləyaqətli miqrasiyanı təmin edək. Sağlamlıq hüquqlarını qoruyaq və daha çox ölümün qarşısını alaq",-deyə paylaşımda qeyd olunub.