“AccessBank” və AZZA arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində ilk uzunmüddətli kredit sazişi imzalanıb.
Bu mexanizm “AccessBank” və AYİB-ə Azərbaycanda kiçik və orta müəssisələri bərabər şəkildə (50/50) maliyyələşdirməyə imkan verir. Birgə əməkdaşlıq biznesin inkişafı üçün yeni imkanların yaradılmasına, investisiya proseslərinin stimullaşdırılmasına və sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına dəstək olacaq.
Müqavilə çərçivəsində “AccessBank” AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və yaşıl iqtisadiyyatın inkişafı məqsədilə qrant təqdim edəcək. Bu əməkdaşlıq ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirməyi və müasir şəraitdə biznesin davamlılığının artırılmasını dəstəkləyəcək.
“AZZA komandasına göstərdiyi sadiqlik və iştirak üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsi bizim gözləntilərimizi doğruldacaq. AYİB ilə Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə bağlanılan razılaşma bizim üçün qürurvericidir. Burada əsas diqqət innovasiyaların tətbiqi, maliyyə resurslarının əlçatanlığı və davamlı inkişaf üçün münbit şəraitin yaradılmasına yönəldilir.
Əməkdaşlığımızın mühüm hissələrindən biri də qlobal tendensiyaların bir hissəsinə çevrilən yaşıl iqtisadiyyat sahəsində təşəbbüslərin dəstəklənməsidir”, - deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
“AccessBank”, AZZA və AYİB arasında əməkdaşlıq Azərbaycanın özəl sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə davamlı iqtisadi artımın dəstəklənməsinə mühüm təsir göstərəcək.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.