Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında “Oreşnik” raketindən danışaraq, Qərbin raketdən müdafiə sisteminin onu vura bilməyəcəyini bildirib.
Putin deyib ki, hətta Rumıniya və Polşada yerləşdirilmiş raket əleyhinə müdafiə sistemləri də "Oreşnik" kompleksinə çatmağa qadir deyil. Onun sözlərinə görə, bu raketin uçuş məsafəsi 5,5 min kilometrə qədərdir.
“AzPolitika” xəbər verir ki, Putin səsdən sürətli yeni “Oreşnik” ballistik raketinin ABŞ-nin istənilən raketdən müdafiə sistemini vura bilməyəcəyini iddia edib.
"Qoy onlar hansısa obyekt seçsinlər, məsələn Kiyevdə, bütün PVO və PRO qüvvələrini orada cəmləsinlər, biz isə "Oreşnik”lə zərbə vuraq. Gəlin görək nə olacaq. Biz belə bir eksperimentə hazırıq, bəs digər tərəf hazırdırmı?" – deyə, Putin "raket dueli” təklif edib.
Rusiya Prezidenti həmçinin deyib ki, “Oreşnik” müasir silahdır, baxmayaraq ki, o, Rusiyanın əvvəlki texnologiyasına əsaslanır.
Rusiya noyabrın 21-də Ukraynanın Dnepr şəhərinə ilk dəfə “Oreşnik” raketi atıb. Putinin dediyinə görə, bu, Ukraynanın Qərbin icazəsi ilə Rusiya ərazisini vurmaq üçün ATACM ballistik raketlərindən və Britaniyanın “Sorum Şadov”-dan ilk dəfə istifadə etməsinə cavab olub.
“AzPolitika.info”