“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.
90deqiqe.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı ölkəsinin LNZ (Çerkassı) klubunun "sükanı arxasına" gətrilib. Ukraynalı yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları barədə açıqlama verilməyib.
Təcrübəli baş məşqçi bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.
Qeyd edək ki, Roman Qriqorçukun son iş yeri “Neftçi” olub.