Rusiya Prezidenti Vladimir Putin Vladimir Leninin nəşinin dəfn olunmasına dair Rusiya ictimaiyyətində gedən müzakirələrə münasibət bildirib.
V.Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz.
"Lakin nə vaxtsa cəmiyyət buna gələcək", - deyə RF lideri vurğulayıb.
Qeyd edək ki, Leninin mumiyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə saxlanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.
Mənbə: oxu.az