AZ

Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 8,4% azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 108 milyon 319 min 73 dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu ilin noyabr ayında Türkiyə Qazaxıstana 12 milyon 5 min 27 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollar olub.

Nazirlikdən verilən məlumata görə, bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz artım göstərir.

Son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
6
17
fins.az

10Mənbələr