AZ

Sosial şəbəkədə hazırlanan qarışımlar sağlıdırmı?

Sosial şəbəkələrdə müxtəlif vasitələrlə dərman məhlullarının hazırlanması ilə bağlı paylaşımlara tez-tez rast gəlinir. 

Həmin qatqılardan hazırlanan məhlullardan istifadə edənlərdə də az deyil.

Əsasən soyuqdəymə, arıqladıcı, qaraciyəri təmizləyən,şəkəri salan qatqılarla bağlı məlumatlar yayılır. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, həkim göstərişi olmadan hansısa məhlulu istifadə etmək düzgün deyil:

“Belə məlumatların tibbi nəzarət olmadan yayılması, müalicə proseslərinin səhv həyata keçirilməsinə və ya yan təsirlərin artmasına səbəb ola bilər. Bəzən görürük ki, soyuqdəyməymə qarşı hazırlanan qatqılardan uşaqlara verilir. Sonra o qatqını qəbul edən uşaq pis vəziyyətdə xəstəxanayan çatdırılır. Uşağın və ya böyüyün bala, limona, zəncəfil, hansısa məhsula allergiyasının olduğunu bilmədən bu kimi məhlulları vermək düzgün deyil”.

Sevinc

Seçilən
10
4
hit.az

6Mənbələr