AZ

“Hələ ki Saatlı buna hazır deyil” – konsert də oldu, stadiona azarkeş gəlmədi

Ölkə çempionatının 2-ci liqasının 13-cü turunda “Saatlı-Araz” “Sheki City”ni darmadağın etdi (5:1).

Oyundan əvvəl dicey Sunun iştirakı ilə möhtəşəm “Bizon şou” əyləncəli proqramın təşkil olunduğunu xəbər vermişdik. Amma stadiona cəmi 100 azarkeş gəlmişdi.

Görəsən, konsert proqramı nədən effekt vermədi, daha çox azarkeş yığmaq mümkün olmadı? Bu tədbir effekt verdimi? Bu sualları “Saatlı-Araz”ın prezidenti Ədalət Abdullayevə ünvanladıq:

“Əslində belə tədbirlərin nəticəsini indi yox, zamanla görəcəyik. Hələ ki Saatlı buna hazır deyil. İnsanların bilet alıb, stadiona gəlmək davranışı formalaşmalıdı. İlkin işartılar var. Təbliğat işlərini genişləndirmişik. Məktəblilərlə görüşlər təşkil edirik, futbolçularımızı tandırıq. Görüləcək çox iş var”.

ƏSƏD SEYİDOV
Seçilən
10
football-plus.az

1Mənbələr