AZ

Paşinyan Azərbaycana qarşı beynəlxalq məhkəmələrə iddiaların geri götürülməsi ideyasını məqbul adlandırıb

Ermənistan sülh sazişinin imzalanmasından sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsi ideyasını məqbul sayır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaların geri götürülməsini məntiqli adlandırıb:

“Burada iki nüans var. Birincisi odur ki, ikitərəfli formatda beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin həlli üçün aydın perspektiv olmalıdır; ikincisi, aydın başa düşülməlidir ki, başqa məsələlərlə bağlı mübahisələr beynəlxalq platformalar formatından çıxarıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməməlidir”.

Seçilən
14
1
nocomment.az

4Mənbələr