AZ

İKTA ən bərbad müştəri məmnunluğu olan provayderlərin siyahısını dərc etdi » AzadMedia.az


İKTA ən bərbad müştəri məmnunluğu olan provayderlərin siyahısını dərc etdi, amma mobil operatorlar bu siyahıda yoxdur. Azadmedia az xəbər verir ki, bu iradı Milli İntetnet Forumunun rəhbəri Osman Gündüz səsləndirib. O, sosial media hesabında yazır:

"Beləliklə, İKTA nəhayət ki, ən çox şikayət olunan provayderlərin siyahısını dərc etdi.
İctimai nəzarətin, ictimai qınağın təşkili baxımından, gec də olsa təqdirəlayiq bir haldır.

Nəticələri şübhə altına almaq istəməzdim.
Amma növbəti addımda ilk olaraq bunun təqdimatını etmək, bu datanın E-şikayət sistemindən generasiyasını maraqlı tərəflərə ağlabatan formada təqdim etmək şəffaflıq, etibarlılıq və güvənlik baxımından daha məntiqli olardı.

Həm də, növbəti addımda şirkətləri deyil, onlara aid olan provayderləri, cəmiyyətə məlum olan tanınmış brendlərin adlarını təqdim etmək doğru olardı.

Nəhayət, sonuncu ictimai əhəmiyyət kəsb edən sual budur ki, bəs mobil operatorların şikayət indeksi nə üçün açıqlanmayıb ?

İstənilən halda, bir daha vurluğamaq istərdim ki, İKTA-nın bu siyahını dərc eyməsi və müntəzəm olaraq yeniləyəcəyini elan etməsi təqdirə layiqdir".
Seçilən
9
1
azadmedia.az

2Mənbələr