AZ

Dünya futbolunun sadə oğlanı: “Şəhərdə gəzə bilmirəm” - FOTOLAR

İspaniya millisinin və “Barselona”nın 17 yaşlı ulduzu Lamin Yamal “Marca” nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Yamal karyerasından və gələcək planlarından bəhs edib.

- 2024-cü ildə Avropa çempionluğu, “Golden Boy”, “Kopa Trophy”... Xəyal etmək belə çətindir, elə deyilmi?

- Bəli, doğrudur. Gənc yaşımda gözlənilməz uğurlarla qarşılaşdım. Amma həmişə sakit olmağa və ayaq üstə möhkəm durmağa çalışıram. Karyeram yeni başlayıb...

- Bütün bu mükafatları hara qoyursunuz? Çünki artıq sayları çoxalır...

- Hazırda onlar valideynlərimin evindədirlər. Çünki mənə hər zaman dəstək olan, yanımda olan da onlardır. “Golden Boy” kimi mükafatları alanda təşəkkür əlaməti olaraq valideynlərimə verirəm.

- Gündəlik həyatınız çox dəyişib?

- Bir az dəyişib. Tanınmadan gəzmək və ya məsələn, həvəslə dostlarla kinoya getmək mənim üçün çətindir.

- “Ballon d'Or”u qazanmağı xəyal edirsiniz?

- Beynimə saldığım məsələ deyil. Çempionlar Liqasını və ya dünya çempionluğunu qazanmaq kimi başqa arzularım da var. Bir gün “Qızıl top”u qazansam, bu, ilk növbədə, kollektiv məqsədlərə çatmağın nəticəsi olacaq. Amma təbii ki, bu mükafatı qazanmaq əla olardı.

- Ötən “Ballon d'Or”un sorğusunda 8-ci yeri tutmusunuz! Harri Keyn və ya Toni Kroos kimi oyunçulardan qabaqda.

- Bu oyunçularla eyni siyahıda olmaq belə mənim üçün arzudur.

- 17 yaşındakı nailiyyətləriniz Messinin göstəricilərindən daha yaxşıdır. Sizi onunla müqayisə edəndə necə hiss edirsiniz?

- Mən üçün fəxrdir, amma öz hekayəmi yazmağa çalışıram. Messi tarixin ən yaxşısıdır, mən isə hələ ilk addımlarımı atıram. Bəzən bu müqayisələr kömək etmir.

- Həmişə hansı oyunçuya örnək kimi baxmısınız?

- Messidən başqa Neymar və Ronaldinyoya. Əyləncə, oyunu yaşama tərzinə görə...

- Ən çox məsləhət aldığınız, hər zaman dinlədiyiniz futbolçular kimlərdir?

- Həm “Barsa”, həm də millidə ən təcrübəli komanda yoldaşlarım mənimlə danışanda həmişə diqqətli olmağa çalışıram. Rodri, Levandovski, Karvaxal, Frenki de Yonq, Rafinya...

- 17 yaşınız var və artıq dünya ulduzusunuz... Gündəlik həyatda nədən imtina edirsiniz? Nə etmək istərdiniz, amma edə bilmirsiniz?

- Az əvvəl dediyim kimi, şəhərdə gəzmək, ticarət mərkəzinə və ya kinoya getmək kimi sadə şeylər.

- AVRO-2024-ün karyeranızda dönüş nöqtəsi olması ilə razısınızmı?

- Şübhəsiz. Mənə parlamağa və özünəinam qazanmağa imkan yaradan turnir oldu. Bununla belə, hələ təkmilləşdirəcəyim çox şey var, artıq növbəti hədəflər haqqında düşünürəm.

- PSJ və “Mançester Siti”nin sizin üçün böyük məbləğlər xərcləməyə hazır olduqları barədə şayiələr gəzir.

- Həqiqət budur ki, bu barədə düşünmürəm. Fikrimdə yalnız “Barselona”, burada təkmilləşmək və titullar qazanmaqdır.

- Evdə oynamaqdan başqa, “Bernabeu”da oynamaqdan zövq alırsınız?

- Xoşuma gəlir. “Real Madrid”ə qarşı oyunlar həmişə xüsusi olur.

- Oyundan kənar əsas bacarığınız nədir?

- Bəlkə də bu, yumor hissimdir. Ümumiyyətlə mən sadə şeylərdən həzz almağı sevən xoşbəxt insanam..

- 2025-ci ildə nə istəyirsiniz?

- “Barselona” ilə titullar qazanmaq və ailəmin rifahına töhfə vermək.


Seçilən
0
3
sportinfo.az

4Mənbələr