AZ

Astarada qayınata gəlini və dörd nəvəsini evə buraxmır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astarada ana dörd azyaşlı övladı ilə birlikdə qayınatası tərəfindən yaşadığı evdən qovulub.
Oxu.Az Real TV-yə istinadən xəbər verir ki, Azadə Abdullayevanın qalmağa evi var, lakin 2021-ci ildə qayınatası Bakıdan Astaraya köçərək onlara zülm etməyə başlayıb.
A.Abdullayeva bildirib ki, yoldaşı Talehin görmə imkanları məhduddur və başqa gedəcək yerləri də yoxdur:
"Qayınatamın adı Mirzədir, bütün gün evdə olmur, amma axşamlar gələrək övladlarıma qışqırır, bizi evdən qovmaqla hədələyir. Yoldaşıma da deyib ki, məni boşasın. Boşanmadığımız üçün bizi evdən atır", - o bildirib.
Ətraflı süjetdə:
Seçilən
3
1
oxu.az

10Mənbələr