AZ

Danimarka Ukraynaya 293 milyon dollar ayıracaq

Danimarka hökuməti parlament partiyalarının təmsilçilərindən ibarət Xarici İşlər Şurasını Ukraynaya 23-cü hərbi yardım paketi barədə məlumatlandırıb.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarının və döyüş aviasiyasının gücləndirilməsinə 2,1 milyard kron (293 milyon dollar) yönəldiləcək”, - məlumatda bildirilib.

Ukrayna HHM Danimarkanın beynəlxalq tərəfdaşlarının köməyi ilə gücləndiriləcək.

Bundan başqa, yardım paketində Ukrayna “F-16” qırıcılarının istismarı üçün vəsait nəzərdə tutulub. Həmçinin Danimarka İsveçlə əməkdaşlıq çərçivəsində bir neçə CV90 piyada döyüş maşını verəcək.

2022-ci ilin fevralından Danimarkanın Ukraynaya hərbi yardımı təxminən 7,2 milyard avro, mülki yardımı isə 693 milyon avroya yaxın təşkil edib.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
2
2
teleqraf.com

3phrase_var_article.sources