AZ

ABŞ hökumətin fəaliyyətini dayandırılması ilə üzləşə bilər

Bakı. Trend:

Federal xərclərlə bağlı qanun layihəsinin qəbulunun təxirəsalınması ilə ABŞ hökumətin fəaliyyətini dayandırılması (şatdaun)ilə üzləşə bilər.

Trend xəbər verir ki, mümkünşatdaun dekabrın 21-də yerli vaxtla saat 12:01-də, yəni indikimaliyyələşmənin dayandığı tarixdə başlaya bilər.

Fikir ayrılığı maliyyələşməni gələn il martın 14-nə kimi təminedəcək xərclərə dair qanun layihəsinin qəbulu ilə bağlıdır.

1500-dən çox səhifədən ibarət qanun layihəsini KonqresdəkiDemokratlar Partiyası təmsilçiləri ilə razılaşdıraraq RespublikaçıNümayəndələr Palatasının spikeri Mayk Conson irəli sürüb. Lakinyeni seçilmiş prezident Donald Tramp bu həftə Respublikaçılardanqanun layihəsini rədd etməyi və danışıqlar masasına qayıtmağı tələbedib. Layihəyə demokratların irəli sürdüyü bəzi xərclərrespublikaçıların qanun layihəsini dəstəkləməkdən çəkinməsinəgətirib çıxarıb.

Trampın müttəfiqi Elon Musk da qanun layihəsinə qarşı olduğunubildirib.

Federal hökumət işini dayandırarsa, bir çox dövlət qulluqçusuməzuniyyətə çıxarılacaq, lakin hüquq-mühafizə və hava hərəkətinənəzarət kimi vacib xidmətləri göstərənlər işlərinə davam edəcəklər.Bu işçilərin heç biri Konqres yeni qanun layihəsini təsdiq edənəqədər maaş almayacaq.

Maliyyələşdirməyə dair yeni qanun layihəsi imzalanana qədərhökumət işini dayandıracaq.

Seçilən
5
7
az.trend.az

8Mənbələr