AZ

Kosmosdan qayıda bilməyən astronavtların qayıdış tarixi yenidən təxirə salındı - Bu vaxta qədər...

Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan NASA astronavtları Buç Uilmor və Suni Uilyamsın Yerə dönüşü SpaceX-in Dragon kapsulunda gecikmə səbəbindən təxirə salınıb.

SeherXeber.org Milli.Az-a istinadən xəbər verir ki, ABŞ Kosmik Agentliyi geri dönüşün gələn ilin mart ayının sonuna qədər baş verməyəcəyini açıqlayıb.

Qeyd edək ki, iyun ayında Boeing-in Starliner kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyaya (BKS) 10 günlük səyahətə çıxan iki astronavt NASA-nın geri dönüş uçuşunu gecikdirməsindən sonra kosmosda uzun müddət yaşamağa məcbur olublar.

NASA BKS-də növbəti ekipaj dəyişikliyinin ən tez 2025-ci ilin mart ayının sonunda baş verəcəyini açıqlayıb.

Crew-10 missiyası dörd ekipaj üzvünü kosmik stansiyaya aparacaq.

Əvvəlcə fevral ayına planlaşdırılan buraxılış, NASA və SpaceX missiya üçün yeni Dragon kosmik gəmisini tamamlamaq üçün buraxılışı təxirə saldıqları üçün təxirə salınıb.

Seçilən
0
5
seherxeber.org

6Mənbələr