AZ

Yuxusuzluq problemi olanlar üçün təbii vasitə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir çox insan yuxu problemlərindən - yuxusuzluq, tez-tez oyanma, səhərlər yorğunluq kimi hallardan əziyyət çəkir. Bəs yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə və təbii bir yolu varmı?
Oxu.Az-ın verdiyi məlumata görə, tanınmış yuxu eksperti Şam Sinqh "GB News" nəşrinə müsahibəsində öz əsas sirrini bölüşüb.
Ekspertin sözlərinə görə, bu problemlərdə ən gözəl təbii köməkçi albalı şirəsidir.
"Yuxusuzluğun qarşısını almaq üçün yatmazdan 1-2 saat əvvəl bir stəkan bu içkidən içmək tövsiyə olunur. Albalı - sirkadiyan ritmlərimizi və yuxu-oyanıqlıq dövrümüzü tənzimləyən melatonin hormonunun ən zəngin təbii mənbələrindən biridir", - deyə ekspert izah edib.
Mütəxəssis albalıdakı melatoninin orqanizm tərəfindən 1-2 saat ərzində tam mənimsənildiyini və təsir göstərməyə başladığını vurğulayıb.
O, maksimum effektivliyə nail olmaq üçün albalı şirəsinin müntəzəm istehlak edilməli olduğuna diqqət çəkib.
Qeyd edək ki, albalı və albalı şirəsi digər faydalı xüsusiyyətlərə də malikdir. Onlar antioksidantlar, vitaminlər və minerallarla zəngindir, iltihabəleyhinə təsir göstərir və ürək üçün faydalıdır.
Seçilən
9
6
oxu.az

10Mənbələr