AZ

Putini darıxmağa qoymurlar: Məzuniyyətə gələn işğalçı əsgər qızını öldürdü, oğlunu, arvadını yaraladı, özünü isə pəncərədən atdı...

İşğalçı ailəsi üçün o qədər darıxıb ki, onları Yakutiyadan Rostova dəvət edib və orada bıçaqla doğrayıb...
 
Rusiyada Ukraynaya qarşı müharibədən qayıdan “xüsusi hərbi əməliyyat" "qəhrəman"larının yeni cinayətlər törətməsi halları adi hala çevrilib...
 
Rusiya Federasiyasında döyüş bölgəsindən bir həftəlik məzuniyyət alan Yakutiyadan olan işğalçı əsgər 14 yaşlı qızını bıçaqlayaraq öldürüb, həyat yoldaşını və oğlunu yaralayıb, özü isə intihar edib.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Mediazona” nəşri yazır.
 
İşğalçı ailəsi ilə görüşmək üçün bir həftəlik məzuniyyət götürüb. Bu müddət ərzində onun evə gəlib qayıtmağa vaxtı olmadığı üçün qohumları özləri Yakutiyadan Rostova gəliblər. O, müharibə cinayətlərinə görə aldığı pulla həyat yoldaşının, 14 yaşlı qızının və 10 yaşlı oğlunun yol xərclərini də ödəyib.
 
Ailə kirayə mənzildə “ənənəvi” içki məclisi keçirib. Yaralarına görə alkoqolun qadağan edilməsinə rəğmən işğalçı doyunca içib. Mübahisə zamanı hərbi cinayətkar 14 yaşlı qızına hücum edib və ona təxminən altı bıçaq zərbəsi endirib. Qız dərhal ölüb. Affekt vəziyyətində olan Putin əsgəri  oğlunu və arvadını bıçaqlamağa başlayıb. Arvadı yaralansa da, qonşulara qaçıb kömək istəyə bilib.
 
İşğalçının 10 yaşlı oğlu və uşaqlarınm anası kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Putinin "qəhrəman" əsgəri isə özü intihar edib, pəncərədən atlanıb.
 
Qeyd edək ki, Rusiya Federasiyasında Ukraynaya qarşı müharibədən qayıdan “xüsusi hərbi əməliyyar" "qəhrəman"larının yeni cinayətlər törətməsi halları adi hala çevrilib.
 
Belə ki, bu yaxınlarda Rusiya Federasiyasında "vaqner"çi məhbus bir qızı zorlayıb və izlərini gizlətmək üçün başqasının avtomobilini yandırıb. Partnyorunu öldürməkdə təqsirli bilinən başqa bir "Vaqner" məhbusu Ukraynaya qarşı müharibədən Rostova qayıdıb və yenidən başqa bir qadını vəhşicəsinə qətlə yetirib. Moskvada digər bir "vaqner"çi miqrant başqa bir işğalçının 14 yaşlı qızına təcavüz edib. Digər bir işğalçının müharibədən qayıdaraq 10 yaşlı ögey qızını həyat yoldaşının gözü qarşısında zorladığı da bildirilib.

Xatırladaq ki, Rusiyanın işğalçı diktatoru V. Putin dünən -dekabrın 19-da canlı yayımda keçirdiyi ənənəvi böyük mətbuat konfransında  hazırda dünyada baş verən hadisələr fonunda Rusiyanın inkişaf etməyə necə davam edə bilməsi ilə bağlı suala belə cavab verib: “Bilirsiniz, bizdə hər şey sakit, sabit olanda darıxırıq, hərəkətlilik istəyirik”...

S.Laçın

 
Seçilən
27
1
moderator.az

2Mənbələr