AZ

İranda aksiyalar zamanı həbs edilmiş on nəfərin edam hökmü icra olunacaq

İranda 2022-ci ildə başlamış etiraz aksiyaları zamanı həbs edilən on nəfərin edam hökmü icra olunacaq.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı hüquq müdafiəçiləri təşkilatı yayıb.

Bildirilib ki, barələrində edam hökmü çıxarılmış məhbuslar bunlardır: Fazel Bəhramian, Mənuçehr Mehmannavaz, Mehran Bəhramian, Milad Armon, Əlirza Kafai, Əmirməhəmməd Xoşiqbal, Nəvid Nacaran, Hüseyn Neməti, Əlirza Baçarzpurnak və Mehrab (Mehran) Abdullahzadə.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda hakimiyyətin tətbiq etdiyi məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. “Qadın, Həyat, Azadlıq!” şüarı ilə bir ildən artıq aksiya keçirilib.

phrase_var_article.chosen
0
6
operativmm.az

7phrase_var_article.sources