“Mən heç vaxt AK Partiyadan ruhən ayrılmamışam".
Bunu Türkiyənin sabiq xarici işlər və baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Konyada jurnalislətə açıqlamasında bildirib.
O qeyd edib ki, keçmişlə əlaqəli heç bir hesab aparmır.
"İstər müxalifətə, istər iqtidara hər kəsə müraciət edirəm. Bizimlə görüşmək istəyən hər kəsə qapımız açıqdır. Əgər onlar kütlədirlərsə, mən də o kütlənin bir parçasıyam, kimsə inciməsin, mən də onların arasından gəlmişəm”, - Davudoğlu bildirib.