AZ

11 ayda 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Valyuta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 33 mini pensiya, 141 mini müavinət və təqaüd təyinatları olub.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir", - deyə məlumatda bildirlib.

phrase_var_article.chosen
12
9
valyuta.az

10phrase_var_article.sources