1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan diplomatiyası, Prezident İlham Əliyevin xarici siyasəti daha bir uğurlu sənədə imza atdı. Ölkəmiz səkkiz müsəlman ölkəsini birləşdirən D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu, Azərbaycanın xarici siyasətdə müstəqil aktor olduğunu bir daha təsdiq edir:
"Azərbaycanın D8 təşkilatına qəbul edilməsinin iqtisadi-siyasi əhəmiyyəti var. Bu təşkilat böyük bir ərazini birləşdirən və iqtisadi potensialı günbəgün artıran ölkələrdən ibarətdir. Burada Pakistan və Türkiyə kimi Azərbaycanın müttəfiqləri təmsil olunur. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşdirici rol oynaması fonunda bu təşkilata üzv olması ölkəmizin uğurlarını, eləcə də təşkilatın imkanlarını daha da artıracaq".
Mərahim Nəsib