AZ

ƏRDOĞAN SURİYAYA GEDİR - Yaxın 15 gün içində...

Türkiyə prezidenti Ərdoğan Suriyaya ilk səfəriə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, böyük bir dəyişikliyin yaşandığı Suriyaya Türkiyə adına ilk səfər edən MİT sədri İbrahim Kalından sonra dövlət başçısının səfər xəbəri artıq dünya mediasının manşetlərindən tirajlanmağa başlayıb.

Məlumatda deyilir ki, yazın 15 gün içində gerçəkləşəcək səfərlə bağlı Türkiyə təhlükəsizlik qüvvələri gərəkli tədbirləri görürlər: "Səfər zamanı Suriyanın səması və qurudan torpaqlarında təhlükəsizlik gücləndiriləcək. Suriyanın üzərinə bir növ dəmir qalxan çəkiləcək. Artıq Dövlət Hava Limanları İdarəsi və Türk Hava Yollarından (THY) bir qrup Dəməşqə gələrək yoxlamalar aparıb. Daha sonra qrup Hələb Beynəlxalq Hava Limanından keçərək orada təftiş işləri aparılıb. Ərdoğanın Əməvi məscidini ziyarət edəcəyini, orada namaz qlacağını, həmçinin HTŞ lideri Colani və müvəqqəti hökumət başçısı ilə görüşəcəyi haqda ilə ilkin məlumatlar var".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
15
50
mia.az

10Mənbələr