AZ

Dələduzluğa görə 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Polis əməkdaşlarının dekabrın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib.  

Dekabrın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
0
15
xalqqazeti.az

10Mənbələr