AZ

Moskva yaxınlığındakı Ostafyevo aerodromunda An-72 hərbi-nəqliyyat təyyarəsi partlayıb

Bu gün, dekabrın 12-də Rusiyanın Moskva vilayətində yerləşən Ostafyevo aerodromunda güclü partlayış qeydə alınıb. Buna An-72 təyyarəsinin göyərtəsindəki partlayış səbəb olub.

Bu barədə RBC-Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, An-72 hərbi-nəqliyyat təyyarəsinin əsas elektrik stansiyasının partlaması nəticəsində təyyarə sıradan çıxıb. Onun Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olduğu məlum olub.

İlkin hesablamalara görə, məhv edilən təyyarənin dəyəri təxminən 4,5 milyon dollardır.

Ukrayna kəşfiyyatçıları xatırladıblar ki, Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətə ədalətli cavab veriləcək.

Oxuməni.az

Seçilən
39
oxumeni.az

1Mənbələr