AZ

"Generalın qətlində Baydenin oğlunun əli var"

Xəyanətkarlıqla öldürülən rusiyalı general-leytenant İqor Kirillov təsadüfi qurban olmayıb.

Bu sözləri açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.

"Kirillovun öldürülməsi üçün sifariş Kiyev rejiminə Qərbdəki "dostlarından" gəlib. Çünki general Pentaqona tabe olan Qabaqcıl Tədqiqatlar Agentliyinin biolaboratoriyalarında beynəlxalq ictimaiyyət tərəfindən qadağan edilmiş sınaqların aparılması üçün kimyəvi və bioloji silahların hazırlanmasında Ukrayna ərazisinin, eləcə də əhalisinin fəal istifadəsini inkaredilməz sübutlarla ifşa edib. Belə ki, ABŞ prezidentinin oğlu Hanter Bayden tərəfindən maliyyələşdirilən "Metabiota" şirkətinin də bu işdə iştirakı sənədləşdirilib. General Kirillovun ölümü cavabsız qalmayacaq. Münaqişə tərəflərinin ali siyasi və hərbi rəhbərliyinin toxunulmazlığı ilə bağlı razılaşma artıq qətiyyən qüvvədə deyil", - o bildirib.

Generalın qatilinin asanlıqla partlayıcı qurğu əldə etməsindən danışan Arkov qeyd edib ki, SSRİ-nin dağılması zamanı hərbi anbarlardan xeyli silah və partlayıcı oğurlanıb:

"Onlar düzgün saxlansa, uzun müddət, belə deyək, aktual qalacaq. Bundan əlavə, bir çox qadağan olunmuş əşyaları ala biləcəyiniz qlobal "DarkNet" fəaliyyətini davam etdirir. Müxtəlif dövlətlərin kəşfiyyat xidmətləri NATO ölkələrinin Ukraynaya tədarük etdiyi silahların təkrar ixracı üçün "DarkNet"dən istifadəni qeydə alıb. Heç kimə sirr deyil ki, Ukrayna kəşfiyyatına ABŞ və bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətləri kömək edir, onların köməyi ilə qatil hədəfi - generalı izləyə bilib. Qarşılıqlı əlaqə mümkün qədər yaxındır - Qərb kəşfiyyat xidmətlərinin əməkdaşları fiziki olaraq Kiyevdə yerləşir, nəinki ukraynalı həmkarlarına məsləhət verir, əslində gizli əməliyyat nəzarətini həyata keçirirlər. Onların ixtiyarında ABŞ peykində olan məlumatlar var. Qeyd etmək yerinə düşərdi: Moskvada terror aktını törədənlərə hətta birbaşa bir insanı güllələmək və öz həyatlarını riskə atmaq da lazım olmur. Əgər onlar vəd etdikləri məbləğin ödəniləcəyinə və Avropaya aparılacağına, orada saxta pasport və vətəndaşlıq veriləcəyinə inanırlarsa, bu cür personajların həm də axmaqlığı diqqəti cəlb edir. Tam axmaq olmalısan ki, bir şeyi dərk etməyəsən: icraçı xərclənə bilər. Tapşırığı yerinə yetirdikdən sonra ona ehtiyac qalmır. İndiki şəraitdə isə mümkün həbs və ifadə vermə təhlükəsi qarşısında onun barəsində hökm verilməsinin belə mənası yoxdur. Əksinə, o, Rusiya xüsusi xidmət orqanlarına nə qədər çox məlumat versə, terror aktını təşkil edənlərin reklamı bir o qədər çox olacaq". (axar.az)

Milli.Az

Seçilən
0
6
milli.az

7Mənbələr