Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 090,6 mln. ABŞ dolları təşkil edib.
Valyuta.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir ki, bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,9% çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.