2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Gemlik limanı ümumilikdə 11 milyon 342 min 479 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində Gemlik limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 358 min 270 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 9 milyon 984 min 209 ton yük daşınıb.
Eyni zamanda, Gemlik limanından 1 milyon 165 min 780 ton tranzit yük aşırılıb.
2024-cü ilin noyabr ayında isə Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib, digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarında ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edilib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında isə 336 milyon 353 min 21 ton yük daşınıb.
Türkiyə limanlarından 2024-cü ilin yanvar-noyabr aylarında 63 milyon 524 min 718 ton transit yük daşınıb.
Noyabr ayında isə Türkiyə limanları 4 min 373 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında 1,407 gəmi qəbul edilib, digər ölkələrin bayraqları altında isə 2,966 gəmi daxil olub. 2024-cü ilin yanvar-noyabr aylarında isə Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.
Fuad Mədətov
Fins.az