AZ

Saraydakı yaşayış binasında yanğın: Qadın xəsarət aldı

TƏBİB Saray qəsəbəsində baş verən yanğına dair məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

“2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib. Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
phrase_var_article.chosen
24
2
yenisabah.az

10phrase_var_article.sources