AZ

Dövlət İnvestisiya Proqramının tərtibi qaydaları yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yeni redaksiyada verilir.

Qaydalarda qeyd olunur ki, dövlət investisiya proqramının layihəsi ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyaları, strategiyaları və dövlət proqramları əsasında investisiya siyasətinin başlıca istiqamətləri və prioritetləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlər (layihələr) nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilir.

Proqram bu Qaydalara əsasən prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilən investisiya layihələrindən və Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Proqrama daxil edilmiş layihələrdən, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi təyinatlı investisiya layihələrindən formalaşdırılır.

phrase_var_article.chosen
13
vergiler.az

1phrase_var_article.sources