AZ

İtaliya mətbəxi artıq dünyanın ən dadlı mətbəxi deyil: hazırda lider kimdir və Azərbaycan neçənci yerdədir?

Yunan mətbəxi 2024-cü ildə dünyanın ən yaxşısı kimi tanınıb və bununla da uzun müddət lider olan İtaliyanı birincilikdən kənarlaşdırıb.

Ən son “TasteAtlas” reytinqinə əsasən, məlumat bazasındakı demək olar ki, 15,5 min yeməyin 477 mindən çox rəyinə əsaslanaraq, bu il yunan mətbəxi 5 baldan 4,6 bal toplayıb - bu, bir il əvvəlkindən bir qədər aşağıdır, lakin hələ də lider olmaq üçün kifayətdir. Keçən il yunan mətbəxi üçüncü, əvvəlki il isə ikinci yeri tutmuşdur.

Xüsusilə, mütəxəssislər Yunanıstanda zeytun yağı, püstə, karamel pendiri "qraviera", donuz əti kontosouvli, pendir qəlyanaltısı "saganaki", quzu ayaqlarından padakiya və sair kimi yeməkləri dadmağı məsləhət görürlər.

Bu arada, ötən il və ondan əvvəlki il qalib gələn italyan mətbəxi bu dəfə çox kiçik fərqlə ikinci yerdə qərarlaşıb - 10 baldan 4,59 xalı var. Əsas yeməklər - Neapolitan pizzası, Parmezan pendiri, “Candua” şokoladı, ağ truffle yeməkləri, “talyatele”pastası, burrata pendiri, proşutto vetçina və digərləri.

İlk üçlüyü bir il əvvəl yeddinci yerdə olan Meksika mətbəxi tamamlayıb - indi o, 5 baldan 4,52 xal toplayıb. Xüsusilə diqqətəlayiq yeməklər alkoqolsuz meyvə içkiləri, birria ətli güveç ilə takolar, çihirtma şorbası, kesadilla qrinqası və qarğıdalı salatı "eskites" "və s.

Eyni zamanda, Azərbaycan mətbəxi reytinqdə 4,07 balla 57-ci yeri tutur (Sloveniya və Kuba mətbəxləri arasında). Reytinqin müəllifləri xüsusilə Qutab ,Levengi, Quru xəngəl , Lavaş, ,Şah plovu bəyəniblər.

Almaz Həsənli

phrase_var_article.chosen
39
oxumeni.az

1phrase_var_article.sources