AZ

Azərbaycanın ən güclü boksçuları bəlli olub - FOTO

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb.

6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandalarımızın 2024-cü ildə çıxışını uğurlu adlandırıb. Ölkəmizdə boksun inkişaf etdiyini bildirən nazir artıq paytaxt və bölgələrdə boks zallarının istifadəyə verildiyini də deyib.

Azərbaycan Boks Federarasiyasının prezidenti Sahil Babayev 2024-cü ilin boksçularımız üçün uğurlu alındığını deyib. O bildirib ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları qatıldıqları 35 beynəlxalq yarışda 160 medal qazanıblar. Onlardan 44-ü qızıl, 48-i gümüş və 68-i bürüncdür. Bu mükafatlardan 21-i Avropa, 5-i dünya çempionatlarında və 1-i Paris-2024 Yay Olimpiya Oyunlarında əldə edilib.

S. Babayev bu il ölkəmizin 2 beynəlxalq yarışa ev sahibliyi etdiyini də xatırladıb. O, 2025-ci ildə bu turnirlərin sayının 3-ə yüksələcəyini qeyd edib. Federasiya prezidenti maddi-texniki bazanın gücləndirildiyini, hakimlərimizin beynəlxalq ulduzlarını artırdığını, məşqçilərimizin beynəlxalq dərəcə aldığını da bildirib.

O, hədəfin dəyişməz qaldığını və əsas məqsədin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.

Ardınca Fərid Qayıbov və Sahil Babayev gənclər arasında dünya birinciliyində və U-22 Avropa çempionatında medal qazanan boksçularla görüşüblər.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 60 kq və 67 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.

Azərbaycan çempionatı
Finallar
48 kq

Bilalhəbaşi Nəzərov (DYBİK) – Sübhan Məmmədov (“Arena” İK) – 0:5

51 kq
Tural Sarıyev (“Neftçi” İK) – Yadigar Əliyev (“Səbail” İK) – 2:3

54 kq
Amin Məmmədzadə (“Qızıl əlcək”) – Məsud Yusifzadə (BFL) – birinci tam üstünlüklə qalib gəlib

57 kq
Zəlimxan Süleymanov (BFL) – Ömər Aslanlı (Sumqayıt) – 0:5

60 kq
Maqsud Xasmetov (MOİK) – Elbrus Adıgözəlov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib

63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 5:0

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) - Zaur Qəhrəmanov (“Cənub” İK) – 5:0

71 kq
Sərxan Əliyev (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 5:0

75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Rasim Çobanlı (DİN İC) – 2:3

80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) – Cəbrayıl Yelekov (Z-1 İK) – 3:2

86 kq
Seyid Seyidov (KNOUT) – Məmməd Quliyev (“Neftçi” İK ) – 5:0

92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Surət Qarayev (“Səbail” İK) – 5:0

+92 kq
Məhəmməd Abdullayev (BFL) – Ələkbər Ələkbərov (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar
48 kq

1. Sübhan Məmmədov (“Arena” İK)
2. Bilalhəbaşi Nəzərov (DYBİK)
3. Həsən Məlikov (“Neftçi” İK)
3. Ramal Yolçuyev (“Qəbələ” İK)

51 kq
1. Yadigar Əliyev (“Səbail” İK)
2. Tural Sarıyev (“Neftçi” İK)
3. Kənan Babayev (METE İK)
3. Raul Vəliyev (Astara)

54 kq
1. Amin Məmmədzadə (“Qızıl əlcək”)
2. Məsud Yusifzadə (BFL)
3. Kənan Əliyev (“Neftçi” İK)
3. Ağasəlim Mustafazadə (DİN İC)

57 kq
1. Ömər Aslanlı (Sumqayıt)
2. Zəlimxan Süleymanov (BFL)
3. Kamil Babayev (METE İK)
3. Ruslan Qədirov (MOİK)

60 kq
1. Maqsud Xasmetov (MOİK)
2. Elbrus Adıgözəlov (“Neftçi” İK)
3. Məhəmmədəli Aşurəliyev (“Zabit” İK)
3. Şamil Əsgərov (“Neftçi” İK)

63,5 kq
1. Malik Həsənov (“Neftçi” İK)
2. Ruslan Rüstəmov (BFL)
3. Elməddin Ağayev (Şirvan)
3. Cəlal Qurbanov (MOİK)

67 kq
1. Nəbi İsgəndərov (“Neftçi” İK)
2. Zaur Qəhrəmanov (“Cənub” İK)
3. Mehdi Həsənov (“Qızıl əlcək” İK)
3. İlqar Salahov (“Zabit” İK)

71 kq
1. Sərxan Əliyev (“Neftçi” İK)
2. Nicat Həsənov (“Qızıl əlcək” İK)
3. Şəmsi Şahbazov (MOİK)
3. Ziya Həsənov (Z-1 İK)

75 kq
1. Mirşərif Kazımzadə (“Neftçi” İK)
2. Rasim Çobanlı (DİN İC)
3. Novruzəli Quliyev (MOİK)
3. Fərhad Şeydayev (MOİK)

80 kq
1. Murad Allahverdiyev (“Neftçi” İK)
2. Cəbrayıl Yelekov (Z-1 İK)
3. Elvin Qənbərov (“Neftçi” İK)
3. Fəqan Məmmədov (“Neftçi” İK)

86 kq
1. Seyid Seyidov (KNOUT)
2. Məmməd Quliyev (“Neftçi” İK )
3. İbrahim İsmayılov (Z-1 İK)
3. Heydər Məmmədov (DİN İC)

92 kq
1. Rauf Rəhimov (“Neftçi” İK)
2. Surət Qarayev (“Səbail” İK)
3. Mirxəyal Məmmədov (Gəncə)
3. Elgün Abdullayev (Gəncə)

+92 kq
1. Məhəmməd Abdullayev (BFL)
2. Ələkbər Ələkbərov (“Cənub” İK)
3. Rəşid Məmmədov (Z-1 İK)
3. Teymur Aslanov (DİN İC)

İdman.biz

phrase_var_article.chosen
1
5
idman.biz

10phrase_var_article.sources