Xalq yazıçısı Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.Metbuat.az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam” deyə, Anar Rzayev qeyd edib.Hazırkı sədr addımını belə izah edib:“Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.