Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
Bundan başqa, daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.