AZ

Ərdoğan Suriyaya gedir- Dəməşqdə hazırlıqlar başlayıb...

Image

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra baş verən böyük dəyişikliyin ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Dəməşqə səfər edəcəyi xəbəri yayılıb. "Türkiye" qəzeti yazır ki, Dəməşqdəki yeni Suriya hökumətinə yaxın mənbələr Ərdoğanın yaxın 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini deyib.

Məlumata görə, Dəməşqdə müvəqqəti hökumətin lideri Əhməd Əl Şara ilə görüşəcək Ərdoğanın Suriya türkmənləri ilə də görüşəcəyi gözlənilir. 

Prezidentin səfərilə bağlı Hama, Homs və İdlib xətti boyunca fövqəladə hava və yerüstü mühafizə qalxanı yaradılacaq. Türk radarları da işə salınacaq və bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

Ərdoğanın səfərilə Türkiyənin Suriyaya ilk beynəlxalq uçuşunu həyata keçirəcəyi də qeyd edilir. Qeyd edilir ki, bununla bağlı Türkiyədən Dövlət Hava Limanları İdarəsi və Türk Hava Yollarından (THY) bir qrup Dəməşqə gdərək yoxlamalar aparıb. Qrup üzvləri Hələb Beynəlxalq Hava Limanına  da da baxış keçirib.

TAHİR





Seçilən
14
baki-xeber.com

1Mənbələr