Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) binasının üstündə olan su çəni şəhər sakinlərinin diqqətini çəkib.
Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, binanın üstündəki çən artıq götürülüb.
"Binanın dam örtüyündə təmirə ehtiyac yaranmışdı. Həmin çəndə təmir üçün istifadə olunacaq su saxlanılıb. Təmir bitib və artıq çən oradan götürülüb",- deyə açıqlamada qeyd olunub.
Tarix: 20 Dekabr 2024, 18:28