HƏMAS noyabrın 27-də azadlığa buraxılacaq fələstinli məhbusların siyahısını alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
HƏMAS-ın bəyanatında qeyd olunub ki, siyahıda 3 qadın və 30 uşaq var.
Qeyd edək ki, noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək.