AZ

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Aslanov kimdir? - DOSYE

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. 

Ucnoqta.az Vüsal Aslanovun dosyesini təqdim edir:

V.Aslanov 1981-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetində (BDU) "Hüquq" ixtisası üzrə təhsil alıb, mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi əldə edib. 2020-ci ildə "Maastricht School of Management"i bitirib.

2004-2015-ci illərdə "Azərinşaatservis" MMC, "Azərinteltek" QSC, "Azərcon" ASC və "Retro-Park" MTK-da müxtəlif vəzifələrdə çalışıb.

2015-2016-cı illərdə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.

2016-cı ildə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini təyin edilib.

Seçilən
2
11
ucnoqta.az

10Mənbələr