AZ

ABŞ Colani üçün təyin edilmiş mükafatı ləğv edəcək

Birləşmiş Ştatlar Suriyada keçirilmiş görüşlərdən sonra "Hayat Təhrir əş-Şam" (HTŞ) silahlı qrupunun lideri Əbu Məhəmməd əl-Culani haqqında məlumat üçün nəzərdə tutulan 10 milyon dollarlıq mükafatı ləğv edəcək.Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

ABŞ-nin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif bildirib ki, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub.
 
l-Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.Danışıqlarımızın nəticəsi olaraq mən ona bildirdim ki, artıq 'Rewards for Justice' proqramı çərçivəsində mükafat təklif etməyəcəyik",- Barbara Lif vurğulayıb.

"Rewards for Justice" proqramı HTŞ liderinin tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar məbləğində mükafat təklif edirdi.


www.anews.az
phrase_var_article.chosen
1
27
anews.az

10phrase_var_article.sources