Qəzza zolağında humanitar atəşkəsin daha 2 gün uzadılmasına dair razılıq əldə olunub.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, noyabrın 24-də Qəzza zolağında humanitar atəşkəs elan edilib. İsrail və HƏMAS arasındakı razılaşmaya görə, sonuncu 150 fələstinli məhbusun əvəzində 50 nəfəri azad etməyi öhdəsinə götürüb.