AZ

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib

Bakı, 21 dekabr, AZƏRTAC

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

phrase_var_article.chosen
31
15
azertag.az

10phrase_var_article.sources