Boliviyanın qərbində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse məlumat verib.
“La-Pas-Oruro avtomobil yolunda baş verən və 13 nəfərin ölümü ilə nəticələnən qəza bizi dərindən kədərləndirdi. Boliviya xalqının kədərləndiyi bu faciəli hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq araşdırma aparılmasına göstəriş vermişik”- o, Telegram kanalında yazıb.
Qeyd olunub ki, toqquşma nəticəsində iki uşaq ölüb. Qəzadan sağ çıxan 3 nəfər El-Altodakı xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, toqquşmanın səbəbi hələ müəyyən edilməyib.