Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən paytaxtın 31 ümumi təhsil müəssisəsində keçirilən keyfiyyət monitorinqinin hesabatları meyar cədvəli üzrə təhlil olunub və nəticələr təhsil müəssisələrinə təqdim edilib.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı keçirilmiş 22 monitorinqin nəticələri təhsil müəssisələrinə göndərilib.