AZ

Bayden Tayvana 571 milyon dollar ayırdığını açıqlayıb

ABŞ prezidenti Co Bayden Tayvana 571 milyon dollar hərbi yardım ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Ağ Evin açıqlamasında bildirilib.

“Prezident kimi mənə verilən səlahiyyətlə mən dövlət katibinə səlahiyyət verir və 571,3 milyon dollara qədər vəsaitin istifadəsinə göstəriş verirəm”, - dövlət başçısı vurğulayıb.

Vəsaitlər Müdafiə Nazirliyinin müdafiə vasitələri və xidmətləri, hərbi təhsil və və təlimlər üçün istifadə olunacağı bildirilir.

Qeyd edək ki, Çin Tayvana silah tədarük etdiyinə görə 13 ABŞ istehsalçısına sanksiya tətbiq edib.

Seçilən
1
2
operativmm.az

3Mənbələr