Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 229D ünvanında yerləşən “Referans” klinikasının önündə piyadalar üçün nəzərdə tutulan səkidən klinikaya gələnlər “parkinq” kimi istifadə edir.
Editor.az Patrul.az-a istinadən xəbər verir ki, səkinin kiçikhəcmli olması ilə yanaşı park edilən avtomobillər də bütün səkini zəbt edir və insanlar oradan keçmək lazım gəldikdə avtomobil axınının yüksək olduğu yola çıxmağa məcbur qalır.
Azyaşlı övladları olan valideynlər uşaqları üçün yarana biləcək təhlükəli vəziyyətdən narahat olur və bu barədə tədbir görülməsini tələb edirlər.
Həmin görüntüləri təqdim edirik: