Bu fikirləri "Report"a açıqlamasında bu gün Şuşaya köçən Rövşən Hümmətov söyləyib.
"Dövlətimiz məcburi köçkünlərə hər cür şərait yaratsa da, onların mənzil-məişət şəraitini yaxşılaşdırsa da, öz doğma yurdumuzda yaşamaq, orada yaratmaq hissi bir başqadır. İnanıram ki, hər şey daha gözəl olacaq.
Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik",- deyə keçmiş məcburi köçkün əlavə edib.