AZ

Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkələrində baş verən hadisələrdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başladığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Əsəd Rusiyaya qaçdıqdan sonra həyat yoldaşı ilə görüşüb. Məlumata görə, Əsmanın anası və atası da Moskvadadır.

Əsma ilə Əsədin Əbu-Dabidəki Sorbonna Universitetində təhsil alan qızı Zeinin də Moskvada olduğu bildirilir. Dekabrın əvvəlində isə Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edibmiş.

phrase_var_article.chosen
9
8
publika.az

10phrase_var_article.sources