Azərbaycan-Ermənistan sərhəddində 4.8 gücündə zəlzələ baş verib.
“Bakuinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, saat 03:01-də Azərbaycan-Ermənistan sərhəddində 4.8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub. Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.
Mənbə: https://seismology.az/az/zelzele/337