Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan xidmətlərin optimallaşdırılması məqsədilə 23 yanvar 2025-ci il tarixindən etibarən ?Azercell Telekom? MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sistemləri abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş ?Duet Kart? və ?Əkiz Kart? xidmətləri ləğv ediləcək.
Banker.az xəbər verir ki, ?Duet Kart? və ?Əkiz Kart? xidmətindən istifadə edən abunəçilər 23 yanvar 2025-ci il tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən ?Azercell Telekom? MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.