ABŞ Senatı (Konqresin yuxarı palatası) gecə yarısına qədər (Bakı vaxtı ilə 09:00) federal hökumətin qısamüddətli maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edə bilməyib.
İndex.az RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.
“Bununla əlaqədar federal hökumət müvəqqəti olaraq fəaliyyətini dayandırıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, əgər Senat Nümayəndələr Palatası (Konqresin aşağı palatası) tərəfindən əvvəlcədən təsdiqlənmiş qanun layihəsini qəbul edərsə, hökumətin fəaliyyətini dayandırması, böyük ehtimalla, “xüsusi problemlər” yaratmayacaq.